23 oktyabr 2024. Çərşənbə

Fərid Qayıbov: İdmançılarımızın hər biri Avropa Oyunlarına böyük səylə hazırlaşıb


Fərid Qayıbov: İdmançılarımızın hər biri Avropa Oyunlarına böyük səylə hazırlaşıb

Hazırda nazirliyin qarşısında bayram əhval-ruhiyyəsi hiss olunur, III Avropa Oyunlarında iştirak edəcək komandamız artıq yola düşür.

90deqiqe.az xəbər verir ki, bu sözləri Gənclər və idman naziri Fərid Qayıbov III Avropa Oyunlarına yola düşən idmançılarımızın səfəri münasibətilə nazirliyin inzibati binasında təşkil olunan tədbirdə deyib.

“Avropa Oyunlarında bizim böyük heyətimiz iştirak edəcək. Bütün idmançılarımıza uğurlar arzu edirəm. İdmançılarımızın hər biri bu yarışlara böyük səylə hazırlaşıb. Biz onlara inanırıq”, - deyə nazir əlavə edib.







Xəbər news