- Xəbər news
- 22:11 05.12.2025
Hollandiya millisinin sabiq futbolçusu Uesli Sneyder polis tərəfindən saxlanılıb.
Corner.az "De Telegraaf"a istinadən xəbər verir ki, buna 35 yaşlı futbolçunun Hollandiyanın Utrex şəhərində başqa bir şəxsin maşınına ziyan vurması səbəb olub. Təcrübəli oyunçu qarşı tərəfə təzminat ödəyərək məsələni həll edib.Sneyder hadisə ilə bağlı şərh verməyib.
Qeyd edək ki, Uesli Sneyder 2018-ci ildən "Əl Qarafa"da çıxış edir.