23 oktyabr 2024. Çərşənbə

“Xəzər Lənkəran”dan Moldovaya qədər – Yubiley qolları


“Xəzər Lənkəran”dan Moldovaya qədər – Yubiley qolları
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Polşa millisinin kapitanı Robert Levandovski ilə maraqlı maraqlı araşdırma aparıb. 90deqiqe.az xəbər verir ki, ulduz futbolçunun yubiley qolları tərtib edilib.
 
35 yaşlı hücumçunun AVRO-2024-ün seçmə mərhələsində Moldova (2:3) ilə qarşılaşmada rəqib qapısından keçirdiyi top onun 600-cü qolu kimi əlamətdar olub. Leva portuqaliyalı Kriştiano Ronaldo və Lionel Messidən sonra XXI əsrdə 600 qola çatan üçüncü oyunçu olub. O, bunları 15 illik karyerasına sığdırıb. “Barselona”nın qolçusu orta hesabla hər il 40 dəfə fərqlənib. 
 
Maraqlıdı ki, Levandovskinin karyerasının ilk qolu Azərbaycan komandasına qarşı görüşə təsadüf edib. Belə ki, o, 2008-ci ildə “Lex”in heyətində UEFA Kubokunda (indiki Avropa Liqası) “Xəzər Lənkəran”la matçda “siftə” edib.
 
1-ci qol. “Lex”in heyətində “Xəzər Lənkəran”la oyunda
100-cü qol. “Borussiya”nın (Dortmund) heyətində “Şalke” ilə oyunda
200-cü qol. Polşanın heyətində Cəbəllütariqlə oyunda
300-cü qol. Polşanın heyətində Rumıniya ilə oyunda
400-cü qol. “Bavariya”nın heyətində “Leyptsiq”lə oyunda
500-cü qol. “Bavariya”nın heyətində “Borussiya” (M.) ilə oyunda
600-cü qol. Polşanın heyətində Moldova ilə oyunda






Xəbər news