23 oktyabr 2024. Çərşənbə

Braziliyanın idman naziri Azərbaycan Kapoeyra Federasiyası ilə əməkdaşlıq əlaqələrinin gücləndiriləcəyini bildirib


Braziliyanın idman naziri Azərbaycan Kapoeyra Federasiyası ilə əməkdaşlıq əlaqələrinin gücləndiriləcəyini bildirib
Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Günel Muradova və vitse-prezidenti Elgiz Əlizadə ilə ölkəmizdə səfərdə olan Braziliyanın idman naziri Ana Moserin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
90deqiqe.az xəbər verir ki, görüşdə Azərbaycan Kapoeyra Federasiyasının fəaliyyəti, ölkəmizdə keçirilən dünya çempionatları, BMT-nin qaçqınlar üzrə Ali komissarlığı ilə olan əməkdaşlıq və layihələr, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən İnklüziv Kapoeyra məşqləri haqqında məlumat verilib.
Braziliyanın idman naziri Ana Moser Azərbaycan Kapoeyra Federasiyasının fəaliyyəti haqqında müsbət fikirlər söyləyib, hər iki ölkə mütəxəssislərinin qarşılıqlı səfərlərinin vacibliyini vurğulayıb və Azərbaycan Kapoeyra Federasiyası ilə əməkdaşlıq əlaqələrinin daha da gücləndiriləcəyini bildirib.
Qeyd edək ki, Braziliyanın idman naziri Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində ölkəmizdə səfərdədir.





Xəbər news