- Xəbər news
- 11:01 29.11.2023
"Əgər siz idmanı, avtomobil sürməyi sevirsinizsə və Çempion olmaq istəyirsinizsə, bu məqalə sizin üçündür!"
Cəmil Tağıyev - «Aquatic Palace» idman kompleksində kartinq mərkəzinin rəhbəri.
«Baku City Karting beş ildən artıqdır ki, fəaliyyət göstərir və Respublikamızın ən böyük mərkəzidir. Trek 802 metr uzunluğundadır və 22 döngədən ibarətdir. Bu trek Bakıda Formula 1 trasını inşa edən alman memarı Herman Tilke tərəfindən tikilib. Məhz ona görə də trekimiz eyni zamanda həm sürətli, həm də maraqlıdır.
Biz dəfələrlə açıq Çempionatlar, qapalı korporativ şənliklər, uşaqlar üçün kurslar keçirmişik. Ən böyük Çempionat 250-dən çox iştirakçının qatıldığı Red Bull Kart Fight idi. Bu, Respublikada ən böyük Kartinq Çempionatı idi.
Qeyd etmək istəyirəm ki, Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə biz təkcə kartinq üzrə deyil, həm də Drift üzrə Çempionatlar keçirmişik.
Əsas məqsədimiz ölkəmizdə avtomobil idmanının inkişafıdır. Avtomobil sənayesində ən çətin şey, əlbəttə ki, maliyyədir. Hər gün məşq etsəniz və yaxşı nəticələr göstərsəniz, bu kifayət etməyəcək.
İnkişaf etmək üçün daim dünya Çempionatlarında iştirak etməli, birinci yerləri tutmalısan ki, daha sonra böyük turnirlərə dəvət olunasan. Bundan əlavə, yalnız siz özünüz sponsor olacaqsınız, çünki kartinq ən bahalı idman növlərindən biridir.
Sonda kartinqi sevənlərə demək istəyirəm ki, əgər kimsə xaricdə Çempionatda iştirak etmək istəyirsə, o zaman məmnuniyyətlə kömək edə bilərik. May ayında Milanda Kartinq çempionatı keçirildi və biz on beş yaşlı sürücüyə orada iştirak etməyə kömək etdik. Ölkə hüdudlarından kənarda soydaşlarımızı dəstəkləməkdən və onları tanıtmaqdan məmnun olarıq!».