- Xəbər news
- 21:27 07.12.2023
İtalyan qapıçı Canluici Buffon peşəkar karyerasını başa vurub.
90deqiqe.az-ın məlumatına görə, 45 yaşlı qolkiler bu qərarını sosial şəbəkə hesabından etdiyi paylaşımla açıqlayıb.
İtaliya millisinin sabiq oyunçusu paylaşımında "Hər şey üçün təşəkkürlər" qeyd edib.
Qeyd edək ki, son klubu "Parma" olan Canluici Buffon karyerası ərzində "Yuventus" və Fransanın PSJ klublarında top qovub.