8 dekabr 2023. Cümə

İtalyan polisi 11 il axtarışda olan qaçağı tapdı


İtalyan polisi 11 il axtarışda olan qaçağı tapdı

İtaliya polisi “Napoli”nin çempionluğu sayəsində 11 il axtarışda olan qaçağı tapıb.

90deqiqe.az-ın “Corriere della Sera”ya istinadən məlumatına görə, qaçaq Vinçenzo La Portanın yeri azarkeşi olduğu Neapol klubunun çempionluğunu qeyd edərkən çəkilən fotosunun yayılması sayəsində aşkarlanıb.

Onun, şənliyi Korfu adasındakı (Yunanıstan) restoranlardan birində keçirdiyi müəyyənləşib. Uzun sürən təqibdən sonra qaçaq skuter sürərkən saxlanılıb.

Maliyyə cinayətlərində, dələduzluqda və vergi fırıldaqlarında ittiham olunan 60 yaşlı La Porta İtaliyada ən çox axtarılan 100 cinayətkardan biri idi. Ona ölkəsində 14 il 4 ay həbs cəzası verilib.

Qeyd edək ki, “Napoli” 2022/2023 mövsümündə İtaliya A seriyasının qalibi olub.




Xəbər news

Anna Başta Fransaya yollanır
  • Xəbər news
  • 15:22 05.12.2023
Anna Başta Fransaya yollanır