- Xəbər news
- 22:34 14.11.2024
Milli Olimpiya Komitəsinin (MOK) İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsində dəyişiklik baş verib.
90deqiqe.Az-ın xəbərinə görə, Günay Malikqızı bu şöbənin müdiri postundan ayrılıb. O bundan sonra Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəliyinin media məsələləri üzrə məsul şəxsi olacaq.
MOK-da sözügedən vəzifəyə isə qurumun rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” jurnalının baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev təyin olunub.
Qeyd edək ki, “Space”, “Lider” və İTV kimi telekanallarda da çalışmış Günay Malikqızı bu vəzifəyə 2020-ci ilin mart ayında təyin olunmuşdu.