1 fevral 2026. Bazar günü

Qəbələ Zirə'ylə heç-heçə etdi


Qəbələ Zirə'ylə heç-heçə etdi

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün ilk yoxlama matçına çıxıb.

Corner.az xəbər verir ki, Sənan Qurbanovun komandası “Zirə” ilə üz-üzə gəlib. Zirə İdman Kompleksində keçiriləcək matçda qalib müəyyənləşməyib. Oyunda hər iki qolu "Qəbələ"nin futbolçusu Murad Musayev vurub. 6-cı dəqiqədə avtoqol edən futbolçu 57-ci dəqiqədə rəqib qapısına yol tapa bilib.

29 iyun

Yoxlama oyunu

18:00 Zirə – Qəbələ - 1:1
Qollar:
 M. Musayev, 6-avtoqol (1:0), M. Musayev, 57 (1:1)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO