6 dekabr 2025. Şənbə

Neftçi'nin rəqibi böyük hesabla uduzdu


Neftçi'nin rəqibi böyük hesabla uduzdu

Moldova çempionatında 15-ci turun oyunları keçirilir.

Corner.az-ın məlumatına görə, "Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Sperantsa" səfərdə "Şerif"lə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 0:3 hesablı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 39-a çatdıran "Şerif" liderliyini möhkəmləndirib. "Sperantsa" isə 19 xalla 6-cı pillədə qalıb.

Xatırladaq ki, "Neftçi" və "Sperantsa" arasında ilk oyun iyulun 11-də Kişinyovda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda olacaq və yerli vaxtla 21:00-da start götürəcək







Xəbər news