1 fevral 2026. Bazar günü

Neftçi'nin Türkiyədə son sınağı


Neftçi'nin Türkiyədə son sınağı

Neftçi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirəcək.

Corner.az xəbər verir ki, "ağ-qaralar" Ukraynanın "Vorskla" klubu ilə qarşılaşacaq. "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydançasındakı matçın başlama saatı hələ açıqlanmayıb.

Qeyd edək ki, ilk sınaq matçında "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gələn "Neftçi"nin Rumıniyanın "Politexnika İaşi" klubu ilə oyunu güclü duman səbəbindən yarımçıq qalmışdı. Paytaxt təmsilçisi iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO