- Xəbər news
- 22:34 14.11.2024
Bu ilin əvvəlindən Qarabağ Dirçəliş Fondu bir sıra xarici ekspertlərlə birlikdə “Qarabağın səsi” adı altında hərtərəfli çoxkanallı kommunikasiya strategiyasının hazırlanması üzərində işə start verib.
Həmin strategiya Qarabağ həqiqətləri, irimiqyaslı bərpa layihələrinin gedişatı, eləcə də onların bütün regionun davamlı gələcəyinin qurulmasına təsiri haqqında məlumatların ölkə daxilində və xaricində təşviq olunmasına xidmət edəcək.
Bu işlərə Qarabağ Dirçəliş Fondunun Nizamnaməsinin 1.1-ci bəndinə uyğun olaraq başlanılıb (Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirmək).
Qeyd edək ki, bu kommunikasiya strategiyasının həyata keçirilməsi müstəsna olaraq Fondun investisiya fəaliyyətindən əldə etdiyi və 2022-ci ilin sonunda 34,454,187 AZN təşkil edən mənfəət hesabına həyata keçiriləcək (maliyyə göstəriciləri haqqında ətraflı məlumatı bu ünvanda yerləşən maliyyə hesabatlarından əldə etmək mümkündür). Fonda edilən ianələrdən istifadə bu işlərin həyata keçirilməsi üçün nəzərdə tutulmayıb.
Birinci mərhələsi 2023-2025-ci illəri əhatə edən “Qarabağın səsi” kommunikasiya strategiyasının ümumi məqsədlərini aşağıdakı kimi xarakterizə etmək olar:
Bu strateqiyanın əsas hədəf auditoriyası aşağıdakı kimi təsvir edilə bilər:
Daxili auditoriya:
• Rəsmi şəxslər;
• Rəy liderləri və ictimai xadimlər;
• Kommersiya strukturları və fərdi sahibkarlar;
• Media, jurnalistlər, tədqiqatçılar;
• Beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndəlikləri;
• Gənclər və tələbələr;
• Cəmiyyətin digər təbəqələri.
Xarici auditoriya:
• Beynəlxalq təşkilatlar və diplomatlar;
• Beynəlxalq korporasiyalar, QHT-lər, fondlar və xeyriyyə təşkilatları (potensial donorlar və investorlar);
• Regionu işıqlandıran media və jurnalistlər;
• Səyahət blogerləri və potensial turistlər;
• Münaqişədən sonrakı zonaların inkişafını öyrənən alim və tədqiqatçılar;
• Azərbaycan diasporu.
• Cəmiyyətin digər təbəqələri.
Kommunikasiya strategiyası çərçivəsində müxtəlif layihələrin, o cümlədən aşağıdakı təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır:
Bu strategiya çərçivəsində işlərin başlanmasına gəlincə, qeyd edək ki, ilk növbədə “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı kitabın yaradılması üzrə işlərə başlanılıb.
Bu layihə təkcə kitab yazılması deyil, həm də xüsusi internet platformasının yaradılması, kitabın müxtəlif çap və rəqəmsal formatlarda nəşri, Azərbaycanda və xaricdə təqdimatı və yayılması və s. istiqamətlər üzrə işləri əhatə edir.
Xüsusilə, layihəyə aşağıdakı komponentlər daxildir:
Kitabın nəşri aşağıdakı məqsədlərə çatmağa imkan yaradacaq:
Qeyd edək ki, layihənin təşəbbüskarı və müəllifi Azərbaycan və Ermənistan-Azərbaycan münaqişəsi həqiqətləri ilə yaxından tanış olan britaniyalı müəllif Qrem Vilsondur.
Q.Vilson Azərbaycan haqqında müxtəlif əsərlərin, o cümlədən Prezident İlham Əliyevin bioqrafiyası «A Portrait of a President», ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən «The Rise and Fall and Rise Again of Heydar Aliyev and Azerbaijan», «Azərbaycan Xalq Cümhuriyyəti: heç vaxt ölməyən arzu» kitabı, həmçinin Ermənistanın işğalçı rejiminin Qarabağdakı qanunsuz fəaliyyətinə dair materialların müəllifidir.
Kitabın yaradılması üzrə işlərə başlamaq üçün bu kompleks layihənin təşəbbüskarı və müəllifi kimi çıxış edən Q.Vilsonun rəhbərlik etdiyi “Media Prima Advertising” şirkəti ilə müqavilə bağlanmışdır. Müqavilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğun olaraq, xidmətlərin göstərilməsinin bir mənbə üsulu ilə bağlanıb (kitabın yazılması və yayılması üzrə təcili zərurəti və bu layihə üzrə müəllif hüquqlarının Media Prima şirkətinə məxsus olduğunu nəzərə alaraq). Daha ətraflı məlumat etender.gov.az saytında əldə oluna bilər.
“Media Prima Advertising” şirkəti başqa ölkənin rezidenti olduğu üçün müqavilənin yuxarıda göstərilən işlərdən əlavə, müqavilənin dəyərinə (1.178.672,00 AZN) əlavə dəyər vergisi (18%) və ödəmə vergisi (10%) daxildir.
Qarabağ Dirçəliş Fondu bütövlükdə “Qarabağın səsi” kommunikasiya strategiyasının, eləcə də onun ayrı-ayrı komponentlərinin həyata keçirilməsi üzrə işlərin gedişatı barədə ictimaiyyətə məlumat verəcək.
Qeyd:
Kitabın strukturu aşağıdakı kimi müəyyən edilib.
Part One - Conflict and aftermath
Part Two - Paving the Path for a New Era
Part Three – Foresight for the future: reform and reshape