7 dekabr 2023. Cümə axşamı

“Zəfər” turnirinə yekun vuruldu

AFFA-nın təşkilatçılığı ilə ardıcıl 4-cü dəfə təşkil edilən ənənəvi “Zəfər” turnirinə yekun vurulub.


“Zəfər” turnirinə yekun vuruldu

AFFA-nın təşkilatçılığı ilə ardıcıl 4-cü dəfə təşkil edilən ənənəvi “Zəfər” turnirinə yekun vurulub. 90deqiqe.az xəbər verir ki, məşqçi və inzibatcılardan təşkil olunan "Araz-Naxcıvan" bu gün yarımfinalda "Sabah"la qarşılaşıb.

5:1 hesabı ilə qələbə qazanan "Araz-Naxcıvan" finalda "Neftçi" ilə üz-üzə gəlib. Oyunun gedişində 3:0 hesabı ilə öndə olan Naxçıvan təmsilçisi üstünlüyünü son dəqiqədə əldən verib və matçın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında dəqiq oynayan "qırmızı-aglar" 3:1 hesabı ilə qalib gəlib və "Zəfər" kubokunu  qazanıb.

Turnirin sonunda komanda üzvlərinə medallar və kubok təqdim olunub.

 




Xəbər news

Anna Başta Fransaya yollanır
  • Xəbər news
  • 15:22 05.12.2023
Anna Başta Fransaya yollanır