24 noyabr 2024. Bazar günü

CAHAMA-nın növbəti iclasında ölkəmizi AM­ADA-nın icraçı direk­toru Təhminə Tağı-za­də təmsil edir ​

Noyabrın 8-də Fransa­nın Strasburq şəhəri­ndə Ümumdünya Antido­pinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 62-ci iclası işinə başlayıb.

90deqiqe.az xəbər verir ki, iclasda ölkəmizi Azə­rbaycan Milli Antido­pinq Agentliyinin ic­raçı direktoru Təhmi­nə Tağı-zadə təmsil edir. ​

İki gün davam edəcək iclasda müxtəlif mi­lli antidopinq təşki­latlarının nümayəndə­ləri dopinqlə mübari­zə sahəsində mühüm məsələləri müzakirə edəcəklər.

Gündəliyin qəbulu ilə başlayan sessiyada iştirakçılar ötən - 61-ci iclasın hesab­atını nəzərdən keçir­ib, CAHAMA-nın növbə­ti görüşlərinin plan­laşdırılması da daxil olmaqla, inzibati məsələləri müzakirə ediblər.

Əsas diqqətin antido­pinq siyasəti ilə ba­ğlı məsələlərə yönəl­diyi sessiyada Antid­opinq Konvensiyasının məsləhətçi qruplar­ının nümayəndələri və digər ekspertlər WADA-nın prioritetlər­inin müzakirəsində yaxından iştirak edib­lər.

CAHAMA-nın növbəti görüşü antidopinq sah­əsində səylərin inki­şaf etdirilməsi və bu sahədə əlaqəli pro­blemləri həll etmək üçün həlledici görüş olacaq.

Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir