24 noyabr 2024. Bazar günü

Ronaldo Messini qabaqlayıb, birinci oldu

Məşhur "Transfermarkt" portalı 30 yaşından sonra bütün turnirlər və milli komandalar daxil olmaqla, ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.


Ronaldo Messini qabaqlayıb, birinci oldu

Məşhur "Transfermarkt" portalı 30 yaşından sonra bütün turnirlər və milli komandalar daxil olmaqla, ən çox qol vuran futbolçuların adlarını açıqlayıb. 90deqiqe.az xəbər verir ki, siyahıya "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo liderlik edir.

 

İkinci pillədə Zlatan İbrahimoviç, üçüncü sırada isə Robert Levandovski yer alıb. "Fənərbaxça"nın forvardı Edin Dzeko "ilk 10-luğ"u tamamlayıb:

 

1. Kriştiano Ronaldo – 365 qol ("Əl-Nəsr");

2. Zlatan İbrahimoviç – 288 qol (futbolçu karyerasını bitirib);

3. Robert Levandovski – 254 qol ("Barselona");

4. Lionel Messi – 245 qol ("İnter Mayami");

5. Alfredo di Stefano – 226 qol (vəfat edib);

6. Ferents Puşkaş – 201 qol (vəfat edib);

7. Antonio di Natale – 190 qol (futbolçu karyerasını bitirib);

8. Delio Onnis – 182 qol (futbolçu karyerasını bitirib);

9. Kərim Benzema – 179 qol ("Əl-İttihad");

10. Edin Dzeka – 161 qol ("Fənərbaxça")







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir