6 dekabr 2025. Şənbə

Neftçi Ukrayna klubuna uduzdu


Neftçi Ukrayna klubuna uduzdu
Neftçi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.

Corner.az xəbər verir ki, "ağ-qaralar" Ukraynanın "Vorskla" klubu ilə üz-üzə gəlib. "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydançasındakı görüşdə Bakı təmsilçisi 2:3 hesabıyla məğlub olub.

Qeyd edək ki, ilk sınaq matçında "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gələn "Neftçi"nin Rumıniyanın "Politexnika İaşi" klubu ilə oyunu güclü duman səbəbindən yarımçıq qalmışdı. Paytaxt təmsilçisi iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.

Yoxlama oyunu

30 iyun
"Neftçi" - "Vorskla" - 2:3
Qollar: 
Vangelis Platellas, 29; Dario Frederiko, 33





Xəbər news