1 fevral 2026. Bazar günü

Qarabağ'ın son oyunun vaxtı bilindi


Qarabağ'ın son oyunun vaxtı bilindi

Qarabağ'ın Avstriyada təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununun başlama saatı müəyyənləşib.

Corner.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, "Viktoriya"ya (Çexiya) qarşı görüş iyulun 2-i Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi bundan əvvəl Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub, Rumıniya "Krayova"su ilə qolsuz bərabərə qalıb, Rusiya “Ufa”sına 2:1 hesabı ilə qalib gəlib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO