7 dekabr 2023. Cümə axşamı

Ərəblər FİFA-nın sponsoru oldu

Səudiyyə Ərəbistanının neft şirkəti "Aramco" FİFA ilə böyük sponsorluq müqaviləsi imzalayacaq.


Ərəblər FİFA-nın sponsoru oldu

Səudiyyə Ərəbistanının neft şirkəti "Aramco" FİFA ilə böyük sponsorluq müqaviləsi imzalayacaq.

90deqiqe.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məlumatda, sözləşmənin 2024-cü ilə qədər qüvvədə olacağı və ildə 100 milyon dollara qədər ödənişləri əhatə edəcəyi diqqətə çatdırılıb. Bu sövdələşmə Səudiyyə Ərəbistanının 2034-cü il dünya çempionatına ev sahibliyi etmək hüququnu alacağı xəbəri ilə bağlıdır. Tərəflər arasında danışıqlar qabaqcıl mərhələdədir. Müqavilə bağlanarsa "Aramco" FİFA-nın ən böyük sponsoru olacaq. "Aramco" artıq "Formula 1" və kriket liqaları ilə əməkdaşlıq edir.

Qeyd edək ki, 2022-ci ildə "Aramco"nun mənfəəti 159,3 milyard dollar olub.




Xəbər news

Anna Başta Fransaya yollanır
  • Xəbər news
  • 15:22 05.12.2023
Anna Başta Fransaya yollanır