Casillas məşqlərə başladı
Bir müddət əvvəl infarkt keçirən Porto'nun ispaniyalı qapıçısı İker Casillas bu gün komandası ilə birlikdə yeni mövsümün hazırlıqlarına başlayıb.
Corner.az "AS" nəşrinə istinadən xəbər verir ki, tibbi müayinədən keçən 38 yaşlı qolkiperin tam olaraq məşqlərdə iştirak edib-etməyəcəyi hələ bilinmir. Hər şey həkimlərin qərarından asılı olacaq.Qeyd edək ki, 2015-ci ilin yayından "Porto"da çıxış edən təcrübəli qapıçının may ayının əvvəlində infarkt keçirmişdi.