15 dekabr 2025. Bazar ertəsi

Dünya çempionu zorakılıq ittihamlarına görə komandanın məşqindən uzaqlaşdırıldı


Dünya çempionu zorakılıq ittihamlarına görə komandanın məşqindən uzaqlaşdırıldı

 "Marsel"in futbolçusu Adil Rami komandanın məşqindən uzaqlaşdırılıb. 

Corner.az RMC-yə istinadən xəbər verir ki, buna səbəb 35 yaşlı futbolçunun köhnə sevgilisi aktrisa Pamela Andersonun futbolçunu zorakılıqda ittiham etməsidir.

Fransa təmsilçisi artıq Rami ilə bağlı daxili istintaqa başlayıb. Oyunçu bununla bağlı iyun ayının sonlarında məlumatlandırılıb. Futbolçu ilə müqavilənin ləğv olunacağı ehtimal olunur. 

Adil Rami klubun ona qarşı davranışına görə məyus olub. O hesab edir ki, "Marsel" ona verilən məvacibdən xilas olmaq istədiyi üçün bu addımı atıb. Klub futbolçunun təqsirini sübut edəcəyi təqdirdə, ona təzminat ödəməyəcək. 

Qeyd edək ki, Adil Rami 2017-ci ildən "Marsel"də çıxış edir.Təcrübəli futbolçu, 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu olub.







Xəbər news