27 mart 2026. Cümə

Afrika Millətlər Kuboku: Daha 4 komanda 1/8 finalda


Afrika Millətlər Kuboku: Daha 4 komanda 1/8 finalda

Afrika Millətlər Kubokunda qrup mərhələsinin sonuncu turunun oyunları keçirilir.

Corner.az xəbər verir ki, C qrupunun lideri Əlcəzair millisi Tanzaniya ilə qarşılaşıb və rəqibini 3 cavabsız qolla məğlub edib. Seneqal isə Keniyanı eyni hesabla məğlub edib və qrup ikincisi kimi mərhələ adlayıb.

D qrupunda da itkisiz irəliləyən Mərakeş bu dəfə CAR üzərində minimal hesablı qələbə qazanıb. Fil Dişi Sahili  isə Namibiyanı darmadağın edib və qrup ikinciliyi olaraq növbəti mərhələyə adlayıb.

Afrika Millətlər Kuboku

C qrupu

Keniya – Seneqal 0:3
Qol
: Sarr, 63. Mane, 71; 78-pen.

Tanzaniya – Əlcəzair 0:3
Qol
: Slimani, 35. Ounas, 39; 45.

Əlcəzair – 9, Seneqal – 6, Keniya – 3, Tanzaniya – 0.

D qrupu

Namibiya – Fil Dişi Sahili 1:4
Qol
: Kamatuka, 71 – Qradel, 39. Die, 58. Zaha, 84. Korne, 89.

CAR – Mərakeş 0:1
Qol
: Bussufa, 90.

Mərakeş – 9, Fil Dişi sahili – 6, CAR – 3, Namibiya – 0.







Xəbər news