5 dekabr 2025. Cümə

AFFA məşqçi kursu təşkil edir

“D” kateqoriyalı məşqçi kursları keçiriləcək.


AFFA məşqçi kursu təşkil edir

“D” kateqoriyalı məşqçi kursları keçiriləcək.

90deqiqe.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə baş tutacaq tədbir 3 günü əhatə edəcək.

12-14 dekabr tarixlərində reallaşacaq kursda dərslər həm nəzəri, həm praktiki hissədən ibarət olacaq. Kurslar AFFA-nın təlimçiləri tərəfindən Təhsil və Reabilitasiya Mərkəzində aparılacaq.

Kursda iştirak etmək istəyən 18 yaşına çatmış şəxslər dekabrın 1-dək anketi doldurmalıdılar. Qeydiyyatdan keçmiş ilk 25 nəfər kurslara cəlb olunacaq.

Kursda iştirak ödənişsiz olacaq.

Qeydiyyatdan üçün bu linkə keçid etmək lazımdı: https://bit.ly/AFFADkursu







Xəbər news