15 dekabr 2025. Bazar ertəsi

Emil Balayev rekordun bir addımlığında


Emil Balayev rekordun bir addımlığında

Tobol klubunda çıxış edən  millimizin qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasında yeni rekorda imza ata bilər.

Corner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bunun üçün o, ölkə çempionatında qarşıdakı matçlarda 292 dəqiqə qapısını toxunulmaz saxlamalıdır.

25 yaşlı qapıçı bu mövsüm Qazaxıstan Premyer Liqasında 630 dəqiqə qol buraxmayaraq bu göstəricidə ilk pillədədir. O,  növbəti 3 oyunda, həmçinin 4-cü görüşün ilk 22 dəqiqəsində "quru seriya"nı davam etdirsə, "Kayrat"ın sabiq qapıçısı Sergey Boyçenkoya məxsus rekordu (921 dəqiqə) yeniləyəcək.

Qeyd edək ki, Boyçenko 2005/06 mövsümündə 921 dəqiqə qapısında qol görməyib







Xəbər news