- Xəbər news
- 22:34 14.11.2024
Xorvatiya millisinin futbolçusu Ana Mariya Markoviç “İnter Mayami”nin hücumçusu Lionel Messini “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo ilə müqayisə edib.
90deqiqe.az Sportske-yə istinadən xəbər verir ki, 24 yaşlı oyunçu portuqaliyalı superulduzun bütün zamanların ən yaxşı olduğunu bildirib.
“Mənim üçün ən yaxşı futbolçu Kriştiano Ronaldodur, çünki o, çox intizamlıdır. Mən ona görə yeddi nömrəni seçmiçəm və geyinirəm, ona görə futbol oynayıram.O mənim motivasiyamdır. Kiminsə ondan çox kubok qazanması mənim üçün maraq kəsb etmir. O, ürəyimdə bütün zamanların ən yaxşısıdır və həmişə belə də qalacaq”,
Qeyd edək ki, Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Nəsr”in heyətində 13 oyuna 15 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. 38 yaşlı ulduz hazırda çempionatın bombardiridir.
Messi isə ötən mövsüm Amerika klubunun heyətində 14 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçu “İnter Mayami” ilə Liqa Kubokunun sahibi olub.