- Xəbər news
- 22:34 14.11.2024
Türkiyədə qəzada həlak olan boksçu Görkem Kaynarın ürəyi azərbaycanlı tələbəyə köçürülüb.
90deqiqe.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Avtomobil qəzasında dünyasını dəyişən 24 yaşlı idmançının orqanları ailəsi tərəfindən ehtiyacı olanlara bağışlanıb.
Boskçunun ürəyi Akdeniz Universitetinin Xəstəxanasında 6 ildir ki, ürək çatışmazlığına görə müalicə alan Fərid Əzimli adlı azərbaycanlı tələbəyə köçürülüb. Əməliyyat 4 saat çəkib. Tələbənin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Görkem Kaynar noyabrın 20-si qəzaya düşüb. O, qəzadan 4 gün sonra xəstəxanada ölüb.