- Xəbər news
- 22:11 05.12.2025
Afrika Millətlər Kubokunda qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib.
Corner.az xəbər verir ki, E və F qruplarında sonuncu turun oyunları keçirilib. F qrupunda Qana millisi Qvineya 'nı məğlub edərək qrup lider olaraq bitirib. Kamerun isə Beninlə qarşılaşmadan qolsuz heç-heçə ilə ayrılıb və qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb.
E qrupunda Mali Anqolanı minimal hesabla udub və qrup mərhələsini ilk sırada tamamlayıb. Əvvəlki iki oyunundan heç-heçə ilə ayrılan Tunis isə bu dəfə də Mavritaniya ilə oyunda heç-heçə edib və cəmi 3 xal toplamaqla qrup ikincisi kimi 1/8 finala yüksəlib.
Afrika Millətlər Kuboku
E qrupu
Anqola – Mali 0:1
Qol: Haydara, 37.
Mavritaniya – Tunis 0:0
Mali – 7, Tunis – 3, Anqola – 2, Mavritaniya – 2.
F qrupu
Benin – Kamerun 0:0
Qvineya Bisau – Qana 0:2
Qol: Ayyu, 46. Tomas, 72.
Qana – 5, Kamerun – 5, Benin – 3, Qvineya Bisau – 1