- Xəbər news
- 22:11 05.12.2025
“Qarabağ” klubunun futbolçusu Donald Gerryenin çıxış etdiyi Haiti millisi CONCACAF “Gold Cup”da mübarizəni dayandırıb.
Corner.az-ın məlumatına görə, 30 yaşlı futbolçunun komandası yarımfinalda Meksika yığmasına məğlub olub - 0:1. Matçın taleyini 93-cü dəqiqədə Raul Ximenes qeyd edib.
Start heyətində yer alan Gerrye 100-cü dəqiqədə yerini Mikael Kantava verib.
Qeyd edək ki, Meksika finalda ABŞ-Yamayka cütünün qalibi ilə qarşılaşacaq