- Xəbər news
- 22:11 05.12.2025
Millimizin qapıçısı Emil Balayev Qazaxıstanda növbəti dəfə fərqlənib.
Corner.az xəbər verir ki, 25 yaşlı qolkiper Qazaxıstan çempionatının 16-cı turu çərçivəsində keçirilmiş “Jetısu” ilə matçda (1:0) “Tobol”un 3 ən yaxşı oyunçusundan biri seçilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Jetısu” ilə matçın ən yaxşısı 297 xalla Fernander Kassay, 2-ci 290 xalla Niko Kvekveskiri olub. Emil Balayev isə 278 xalla ən yaxşılar arasında 3-cü yeri tutub.