6 dekabr 2025. Şənbə

İsveçrəli futbolçunun cəsədi tapıldı - 204 metr dərinlikdən


İsveçrəli futbolçunun cəsədi tapıldı - 204 metr dərinlikdən

Xilasedicilər bir neçə gün öncə İtaliyadakı Komo gölündə batan qadınlardan ibarət İsveçrə millisi və “Yanq Boyz” klubunun futbolçusu Floriana İsmailinin cəsədini tapıblar.

Corner.az  istinadən xəbər verir ki, 24 yaşlı qızın cəsədi xüsusi robotun köməkliyi ilə gölün 204 metr dərinliyindən çıxarılıb. Oyunçunun nəşi artıq ailəsinə təhvil verilib.


Qeyd edək ki, hadisə İsmaili rəfiqəsi ilə göldə dincələn vaxt baş verib. Motorlu qayıq icarəyə götürən qızlar sahildən 700 metr aralıda lövbər salıblar. Suya baş vuran futbolçu geri qayıtmayıb. Əvvəlcə rəfiqəsi İsmailinin zarafat etdiyini və onu qorxutmaq istədiyini düşünüb. Ancaq bir neçə dəqiqə keçməsinə baxmayaraq, futbolçunun sudan çıxmadığını görən rəfiqəsi dərhal təcili yardım xidmətinə zəng vurub.(qol)







Xəbər news