- Xəbər news
- 22:34 14.11.2024
“Bu gün məndən soruşsanız, deyərəm ki, Premyer Liqanı qazanacağımızı hiss edirəm”.
90deqiqe.az xəbər verir ki, bu sözlər “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolaya məxsusdur.
O bildirib ki, İngiltərə Premyer Liqanın son matçlarında üç heç-heçəyə baxmayaraq, yenə də favoritidirlər: “Əgər "Liverpul" və "Tottenhem"lə oyunlarda göstərdiyimiz performansı sərgiləyə bilsək, çempion yenə biz olacağıq. Əlbəttə ki, bu, elə də asan deyil".
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 14 turdan 30 xal toplayan “Mançester Siti” üçüncü pillədə qərarlaşıb. Turnir cədvəlinə 33 xalla “Arsenal” başçılıq edir.