Kim qol vursa, onu öpəcək - Məşhur aktrisa
Model və aktrisa Stefani Kayo Amerika kubokunun yarımfinalında bu gecə Çili ilə qarşılaşacaq Peru millisini motivasiya etmək üçün maraqlı açıqlama verib.Corner.az xarici KİV-ə istinadən yaydığı xəbərə görə, perulu cazibədar xanım futbolçuların qarşısına şərt qoyub. O, şəxsi “Tvitter” hesabında komandanı finala çıxaracaq qolu vuran futbolçunu öpərək mükafatlandıracağını yazıb.Qeyd edək ki, Çili – Peru oyunu Bakı vaxtı ilə gecə saat 03:30-da başlayacaq. Cütün qalibi finalda ev sahibi Braziliya ilə qarşılaşacaq.