Marselo sürücülük hüququndan məhrum edildi
Real'ın futbolçusu Marselo sürücülük hüququndan məhrum edilib.
Corner.az "O Globo"ya istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı futbolçunun avtomobil idarə edərkən spirtli içki testindən imtina etməsi olub. O, Braziliyanın Rio-de-Janeyro şəhərində polis tərəfindən saxlanılıb. Marselona 675 avro cərimə ödəyib və bir il ərzində ölkədə avtomobil idarə etmək hüququndan məhrum olunub.