6 dekabr 2025. Şənbə

Dünya çempionatında finalçılar bilindi


Dünya çempionatında finalçılar bilindi

Qadın futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub.

Corner.az xəbər verir ki, Fransanın ev sahibliyi etdiyi sayca 8-ci mundialın ikinci yarımfinal görüşündə Hollandiya və İsveç yığmaları üz-üzə gəlib

Matçın əsas vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Hollandlar məhz əlavə vaxtda – 99-cu dəqiqədə vurduqları yeganə qol sayəsində finala vəsiqə qazanıblar – 1:0.

Digər yarımfinal qarşılaşmasında ABŞ İngiltərəni 2:1 hesabı ilə məğlub etmişdi.

Beləliklə, mundialın finalında ABŞ və Hollandiya milliəri qarşılacaq. Həlledici qarşılaşma iyulun 7-də keçiriləcək. Finaldan bir gün öncə isə 3-cü yer uğrunda oyunda İngiltərə və İsveç yığmaları üz-üzə gələcək.







Xəbər news