1 fevral 2026. Bazar günü

Futbolçu ilə zarafat etdi, məşhurlaşdı - VİDEO


Futbolçu ilə zarafat etdi, məşhurlaşdı - VİDEO

30 yaşlı braziliyalı qadın hakim Fernanda Kolombo matç zamanı təkcə gözəlliyi və peşəkarlığını deyil, həm də yumor hissini nümayiş etdirib.

Corner.az-ın məlumatına görə, hadisə Ekvador çempionatı çərçivəsində keçirilən görüşlərdən birində baş verib. Belə ki, oyunçulardan biri qaydanı pozduğu vaxt, qadın hakim özünü cibindən sarı vərəqəni çıxarırmış kimi göstərib. Amma daha sonra gülümsəyərək cibindən yaylıq çıxarıb alnını silib.

Sözügedən görüntülər qısa vaxt ərzində minlərlə baxış sayı toplayıb. Fernandanın bu zarafatını sosial şəbəkə istifadəçiləri yüksək dəyərləndirib.(qol)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO