23 oktyabr 2024. Çərşənbə

AFFA prezidenti milli üzvləri ilə görüşdü

AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev “Marriott Absheron” hotelində qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb.


AFFA prezidenti milli üzvləri ilə görüşdü

AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev “Marriott Absheron” hotelində qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb. 90deqiqe.az xəbər verir ki, R.Abdullayev yığmanı Millətlər Liqasında uğurlu çıxış edərək qrupu lider tamamlaması, B Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib.

Ölkədə qadın futboluna göstərilən diqqətdən danışan AFFA prezidenti millimizə gələcək oyunlarda uğurlar arzulayıb.

Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova AFFA rəhbərliyinə yüksək diqqətə və qayğıya görə təşəkkür edib. Millinin komandanın baş məqçisi Siyasət Əsgərov və kapitanı Sevinc Cəfərzadə çıxış edərək növbəti oyunlarda da yaxşı nəticələr əldə etmək üçün futbolçuların böyük səylə hazırlaşacağını deyib.







Xəbər news