- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycanda səfərdə olan FIFA-nın baş katibi Fatma Somoura AFFA-nın, PFL-in, klubların qadın əməkdaşları və qadın futblçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb. 90deqiqe.az xəbər verir ki, tədbirdən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev Fatma Samoura ilə görüşüb.
Söhbət zamanı Azərbaycanda futbolun inkişafı, FIFA ilə AFFA arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb, seminar iştirakçılarına uğurlar arzulanıb.
Daha sonra baş katib xanım əməkdaşlar və millimizin üzvlərinə liderlik mövzusunda seminar keçib. İnteraktiv şəkildə təşkil olunan seminarda Samoura müxtəlif mövzularda ünvanlanan sualları cavablandırıb. Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasına gələcək oyunlarda uğurlar arzulayıb.