23 oktyabr 2024. Çərşənbə

Bakıda ilin son gimnastika çempionatları keçiriləcək

Bakıda ilin son gimnastika çempionatları keçiriləcək


Bakıda ilin son gimnastika çempionatları keçiriləcək

Bu barədə Gimnastika Federasiyası məlumat yayıb.

90deqiqe.az xəbər verir ki, batut gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və Bakı birinciliyi, tamblinq üzrə 19-cu Azərbaycan çempionatı və Bakı birinciliyi ilin son milli yarışları olacaq.

Dekabrın 10-da Milli Gimnastika Arenasının köməkçi zalında keçiriləcək yarışda ümumilikdə 99 idmançı (batut üzrə 70, tamblinq üzrə 29) mübarizəyə qoşulacaq.

Tamblinq yarışında uşaqlar (2013-15), yeniyetmələr (2011-12), gənclər (2007-10) və böyüklər (2006-cı il və daha böyük təvəllüdlülər) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. Qaliblər təsnifat mərhələsində iki çıxışın cəminə əsasən müəyyənləşəcək.

Batutda isə fərdi çoxnövçülükdə balacalar (2016), uşaqlar (2013-15), yeniyetmələr (2011-12), gənclər (2007-10), böyüklər (2006-cı il və daha böyük təvəllüdlülər) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. İştirakçılar uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında sinxron proqramda da qüvvələrini sınayacaqlar.







Xəbər news