- Xəbər news
- 01:00 22.01.2026
PSJ və “Real” Kilian Mbappenin transferi ilə bağlı razılığa gəlib.
90deqiqe.az xəbər verir ki, bu barədə “Sport.fr” məlumat yayıb.
Məlumatda, Paris 24 yaşlı hücumçunun Madrid klubuna mümkün keçidindən pul və əlavə bonus almaq şərti ilə razılaşdığı vurğulanıb.
Fransız futbolçu "Real Madrid'də illik 35 milyon avro maaş alacaq.
Mbappenin PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Xatırladaq ki, Mbappe bu mövsüm Liqa 1-də PSJ-nin heyətində 14 oyun keçirib, 15 qol vurub və 2 məhsuldar ötürmə edib.