6 dekabr 2025. Şənbə

Ştutqart Ailtonu Qarabağ'a niye icarəyə verdi? - açıqlama


Ştutqart Ailtonu Qarabağ'a niye icarəyə verdi? - açıqlama
Ştutqart'ın idman direktoru Sven Mislintat Ailton Silvanın "Qarabağ"a keçidindən danışıb.

Corner.az alman klubunun rəsmi saytına istinadən xəbər verir ki, S. Mislintat braziliyalı sol cinah müdafiəçisini oyun təcrübəsi qazanması üçün Ağdam təmsilçisinə icarəyə verdiklərini bildirib:

"Ailtonun mövqeyindəki rəqabətli vəziyyətlə əlaqədar olaraq, onun yeni mövsümdə oynamaq şansının az olduğunu düşündük. Məhz bu səbəbdən hər iki tərəfi qane edən çıxış yolu tapmağa çalışırdıq. Ailtonun inkişafını diqqətlə izləyəcəyik. Ona uğurlar arzulayırıq".

Qeyd edək ki, Ailton dünən "Qarabağ"la 1 illik icarə müqaviləsi imzalayıb.





Xəbər news