- Xəbər news
- 21:58 14.03.2026
Yannis Antetokounmpo NBA tarixində yeni nəticə müəyyənləşdirib.
90deqiqe.az xəber verir ki, "Miluoki Baks"ın ulduz basketbolçusu NBA tarixində yeni rekord müəyyənləşdirib. Yunanıstanlı oyunçu son matçda 140:126 qalib gəldikləri "İndiana Peysers"lə qarşılaşmada qələbədə əsas pay sahiblərindən olub.
Basketbolçu bununla da son beş görüşdə meydandan 30-dan çox xal toplayaraq ayrılan ilk oyunçu olub.
29 yaşlı forvard şəxsi və klubdakı performans rekordlarını da yeniləyib. Əvvəllər klubun nailiyyəti 2006-cı ildə "Yuta Cazz" ilə matçda (111:113) 57 xal toplayan Maykl Reddə məxsus idi. Antetokounmponun əvvəlki rekordu bu ilin yanvarında Vaşinqtonla oyunda 55 xal olub.