Robben karyerasını başa vurdu
Bavariya, Çelsi və Real'ın sabiq futbolçusu Aryen Robben futbolçu karyerasını başa vurub.
Corner.az xəbər verir ki, hollandiyalı futbolçu bu barədə ölkəsinin mətbuatına açıqlama verib. O, bu qərarı verməyin çox çətin olduğunu bildirib: “Peşəkar futbolçu karyeramı başa vurmağa qərar verdim. Heç şübhəsiz bu, karyeramda verdiyim ən çətin qərardır”.Qeyd edək ki, bir çox klublarda 29 titul qazanan 35 yaşlı yarımmüdafiəçi Hollandiya millisində 96 oyuna 37 qol vurub.