- Xəbər news
- 22:11 05.12.2025
Amerika kubokunun final oyununun – Braziliya – Peru matçının hakimləri bəlli olub.
Corner.az xarici mətbuata istinadən xəbər verir ki, həlledici oyunu Çilidən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Robert Tobar olacaq. Ona yan xətt hakimləri Kristian Şimann və Klaudio Rios kömək edəcək. 4-cü hakim funksiyasını isə venesuelalı Aleksis Errera yerinə yetirəcək. VAR hakimi çilili Xulio Baskunyan olacaq.
Qeyd edək ki, Braziliya – Peru matçı iyulun 7-də, Braziliyada yerləşən “Marakana” stadionunda keçiriləcək.