24 noyabr 2024. Bazar günü

102 yaşlı "Braqa" - ARAŞDIRMA

Portuqaliya kollektivi öz ölkəsinin çempionu ola bilməsə də, UEFA Avropa Liqasında bir dəfə final oynamağa müvəffəq olub


102 yaşlı "Braqa" - ARAŞDIRMA

Portuqaliya kollektivi öz ölkəsinin çempionu ola bilməsə də, UEFA Avropa Liqasında bir dəfə final oynamağa müvəffəq olub.

90deqiqe.az xəbər verir ki, “Benfika”, “Portu” və “Sportinq”in ardından Portuqaliyanın ən yaxşı komandası hesab edilən “Braqa” 1921-ci ildə yaradılıb. 102 illik tarixə malik komanda bu müddət ərzində Portuqaliya çempionatının qalibi ola bilməyib. Lakin əvəzində “ağ-qırmızı”lı komanda 3 dəfə ölkə kuboku, 2 dəfə Portuqaliya liqa kubokunun çempionu olub. “Braqa”nın avrokuboklardakı çıxışı ötən əsrin 60-cı illərindən etibarən başlayıb. 2008-ci ildə qazanılan UEFA İntertoto kubokunda qalib olmaqla, UEFA kubokuna yollanan klubun tarixində ən böyük uğur 2011-ci ildə olub. Həmin vaxt “Liverpul”, “Dinamo Kiyev”, “Benfika”dan güclü olan  komanda UEFA Avropa Liqasının finalına yüksəlib. Burada “Portu”ya məğlub olan “Braqa” ikinciliklə kifayətlənib. 

2022/23 mövsümündə “Sportinq”i qabaqlayaraq, 3-cü sırada baş vuran “Braqa” Çempionlar Liqasına III təsnifat mərhələsindən qoşulub. Onlar əvvəlcə Serbiyanın “Baçko Topolo”, pley-off-da isə Yunanıstanın “Panatinakos” klublarından üstün olaraq qrup mərhələsinə yüksəldi.

Qrup mərhələsində “Real Madrid” və “Napoli”dən geri qalan “ağ-qırmızılar” sadəcə “Yunion Berlin”i üstələyərək 3-cü kimi UEFA Avropa Liqasında pley-off oynamaq hüququ əldə etdi.

Dəyəri 130 milyon avro olaraq qiymətləndirilən komandanın heyətində bir çox tanınmış futbolçu var. Belə ki, Joao Moutinyo, Xose Fonte, Pizzi kimi təcrübəli oyunçular avrokuboklar da daxil olmaqla, bir çox yarışlarda özünü sübut edib. Bu mövsüm xüsusilə fərqləndirməli oyunçusu isə komandanın forvardı Simon Banzadır. Konqolu hücumçu yerli çempionatda meydanda olduğu 14 oyunda 13 qol və 3 ötürmə ilə yadda qalıb. Komandanın ən dəyərli futbolçusu isə 20 milyon avro ilə kapitan Rikardo Ortadır.

“Braqa”nın baş məşqçisi 51 yaşlı Artur Jorjedir. Futbol karyerasının əksər hissəsi “Braqa” ilə bağlı olan Jorqe 2022-ci ildən komandanın sükanı arxasındadır. O həm futbolçu kimi, həm də çalışdırıcı olaraq bu klubda uzun müddət işləyib.

Komanda ev oyunları 30 min azarkeş tutumuna malik dağların əhatəsində yerləşən “Munisipial” stadionunda oynayır. 2003-cü ilin dekabr ayında açılışı baş tutan arena 2004-cü ildə Portuqaliyada təşkil edilən və Yunanıstanın çempion olduğu Avropa çempionatında bəzi görüşlərə ev sahibliyi edib.  “Qarabağ” yalnız bir dəfə Portuqaliya təmsilçisi ilə üz-üzə gəlib. 2018-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində “Sportinq”lə qarşılaşıb. Səfərdə 0:2 uduzan komandamız Bakıda 1:6 hesabı ilə məğlub olub. Bu, Qurban Qurbanov dönəmində klubun ən böyükhesablı ev məğlubiyyətidir. Son 2 ildə təmsilçimiz iki dəfə qrup səddini aşıb. UEFA Avropa Konfrans Liqasının keçid pley-off mərhələsinə adlayan “Qarabağ” bir dəfə “Marsel”, bir dəfə də “Gent”ə məğlub olub.

Qeyd edək ki, “Braqa” və “Qarabağ” komandaları arasındakı ilk matç fevralın 15-i səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda oynanılacaq.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir