- Xəbər news
- 22:34 14.11.2024
“Qarabağ” – MOİK oyununun Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdı”.
90deqiqe.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.
Dövlət başçısı bu fikirləri səsləndirib: “Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır”.
Daha sonra qarşılaşma start götürüb. Topa ilk toxunuşu Prezident İlham Əliyev edib.