- Xəbər news
- 22:11 05.12.2025
Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinə start verilib.
Corner.az xəbər verir ki, Mərakeş Benin yığması ilə üz-üzə gəlib. Matçın əsas vaxtında qalib müəyyənləşməyib. 1/4 finalçının adı penalti seriyasında bəlli olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Benin yığması növbəti mərhələyə yüksəlib.
Günün digər oyununda Uqanda və Seneqal yığmaları qarşılaşıb. Seneqal minimal hesabla qalib gələrək, 1/4 finala vəsiqə qazanıb.
Afrika Millətlər Kuboku, 1/8 final
5 iyul
Mərakeş 1-1 Benin (penaltilər 1:4)
Qol: En-Nesiri, 76 – Adilehu, 53.
Uqanda 0-1 Seneqal
Qol: Mane, 15.