23 oktyabr 2024. Çərşənbə

"Qarabağ" şəhid övladları ilə görüşüb - FOTOLAR

"Qarabağ" şəhid övladları ilə görüşüb


"Qarabağ" şəhid övladları ilə görüşüb  - FOTOLAR

DİN-in “XƏZRİ” İstirahət və Sağlamlıq Mərkəzinin tərəfdaşlığı ilə keçirilən, həmçinin Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş III “Qardaşlaşmış Qarabağ Məktəbləri” qış düşərgəsinin 3-cü günündə şagirdlər “Qarabağ” futbol klubunun qonağı olublar.

Azərbaycan Diasporuna Dəstək Fondunun və "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə baş məşqçi Qurban Qurbanov və futbolçular məktəbliləri səmimi qarşılayaraq, onlarla xatirə şəkilləri çəkdiriblər.

Dekabrın 21-dən 27-dək davam edəcək düşərgəyə Qazaxıstanda fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası zamanı şəhid olmuş igid qəhrəmanlarımızın övladları qatılıblar.







Xəbər news