23 oktyabr 2024. Çərşənbə

Milli Gimnastika Arenasında “Oyuncaqların sərgüzəştləri” adlı Yeni il şousu

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə “Oyuncaqların sərgüzəştləri” adlı Yeni il şousu keçirilib.


Milli Gimnastika Arenasında “Oyuncaqların sərgüzəştləri” adlı Yeni il şousu

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə “Oyuncaqların sərgüzəştləri” adlı Yeni il şousu keçirilib.

90deqiqe.az-ın məlumatına görə, tədbir Milli Gimnastika Arenasında baş tutub.

İlk olaraq gimnastlar şou xarakterli müxtəlif nümunəvi hərəkətlərlə tamaşaçılara həyəcanlı anlar yaşadıblar. 

Sonra müxtəlif nüfuzlu yarışlarda uğur qazanmış gimnastika növləri üzrə yığmanın üzvləri karyeralarını yekunlaşdırmaq üçün son dəfə səhnəyə çıxaraq gürz və halqalarda hərəkətlər nümayiş etdiriblər. Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev tərəfindən idmançılara xatirə plaketi və hədiyyələr təqdim olunub.

Daha sonra “Oyuncaqların sərgüzəştləri” adlı Yeni il şousu nümayiş etdirilib.Şou müxtəlif illərin sevimli cizgi film qəhrəmanlarını bir araya toplayıb.







Xəbər news