- Xəbər news
- 01:00 22.01.2026
Braziliyada keçirilən Amerika Kuboku yekunlaşmaq üzrədi.
Corner.az xəbər verir ki, bu gün 3-cü yer uğrunda görüş keçirilib.Bürünc medallar uğrunda Argentina və Çili yığmaları qarşılaşıb.
Lionel Messinin ilk yarıda rəqib futbolçu Qari Medellə birlikdə meydandan qovulduğu gərgin oyun argentinalıların qələbəsiylə başa çatıb. Beləliklə, Argentina yığması Amerika Kubokunun bürünc medalını qazanıb
İyulun 7-dən 8-nə keçən gecə, saat 00:00-da isə Braziliya və Peru yığmaları finalda üz-üzə gələcək.
Amerika Kuboku, 3-cü yer uğrunda oyun
6 iyul
Argentina 2-1 Çili
Qol: Aquero, 12. Dibala, 22 – Vidal, 59-pen.
Qırmızı vərəqə: Messi, 37 – Medel, 37.