1 fevral 2026. Bazar günü

Messinin fikirləri ilə razıyam - Medel


Messinin fikirləri ilə razıyam - Medel

Çili millisinin futbolçusu Qari Medel Argentina yığmasının kapitanı Lionel Messi ilə aralarındakı gərginlikdən danışıb.

Corner.az xəbər verir ki, o, “gola.com”a açıqlamasında  Amerika kubokunun üçüncü yeri uğrundakı görüşdə  meydandan qovulmalarınının düzgün qərar olmadığını deyib:“Messinin fikirləri ilə razıyam. Düşünürəm ki, heç sarı vərəqəyə də layiq deyildik. Bir-birimizi bir az itələdik. Başqa heç nə olmadı. Hakim daha düzgün qərar verə billərdi”.


Xatırladaq ki, Argentinaın qalib gəldiyi oyunun (2:1) 37-ci dəqiqəsində ikili mübarizə zamanı Messi Medeli arxadan itələyib. Bunun qarşılığında isə Medel sinəsiylə onu itələyib və hər iki futbolçu qırmızı vərəqə ilə meydandan qovulub.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO