27 mart 2026. Cümə

Başqa yolum yox idi - Messini qovan hakim danışdı


Başqa yolum yox idi - Messini qovan hakim danışdı

Amerika kubokunun bürünc medal uğrunda oyununda Argentina millisinin kapitanı Lionel Messiyə qırmızı vərəqə göstərən baş hakim Mario Dias de Vivar qərarının səbəbini açıqlayıb.

Corner.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, paraqvaylı referi Çili yığmasının futbolçusu Qari Medelin sinəsinə güclü zərbə vurduğu üçün Messini meydandan qovduğunu bildirib:

"Həmin epizodda argentinalıya qırmızı vərəqə göstərməkdən başqa çıxış yolum yox idi. Top meydandan çıxdıqdan sonra Messi rəqibinə qarşı kobudluq etdi. Medel isə Messiyə sərt reaksiya verdiyi və onu sinəsi, qolu ilə itələdiyi üçün cəzasını aldı".

Qeyd edək ki, oyunun 37-ci dəqiqədə Messi ikili mübarizə zamanı Medeli arxadan itələyib. Medel isə sinəsi ilə ona qarşılıq verib. Nəticədə hər iki futbolçu meydandan qovulub







Xəbər news